Rusiyanın olimpiya çempionu vəfat etdi

Rusiyanın üzgüçülük üzrə olimpiya çempionu Yuri Prisekin vəfat edib.
Zeferinfo.az xəbər verir ki, sabiq idmançı 63 yaşında ölüb.
Qeyd edək ki, Y.Prisekin 1980-ci ildə təşkil olunan XXII Yay Olimpiya Oyunlarında SSRİ yığmasının tərkibində 4x200 m sərbəst üslubda estafet yarışının qalibi olub.