Rusiyada içərisində 43 nəfərin olduğu sərnişin təyyarəsi ilə əlaqə kəsilib

Rusiyada icerisinde 43 neferin oldugu sernisin teyyaresi ile elaqe kesilib
Rusiyanın Amur bölgəsində içərisində 43 nəfərin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.

Zeferinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib.

“An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.

Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.

Məlumata görə, “An-24” Tında aeroportuna eniş etməyə hazırlaşıb, lakin ilk cəhd alınmayıb. Təkrar eniş etmək üçün hündürlüyə qalxan təyyarə ilə az sonra əlaqə itib.

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq və 6 ekipaj üzvü olmaqla 43 sərnişin var.