Rusiya Ermənistan XİN rəhbərinin səfərini gözləyir

Rusiya Ermenistan XIN rehberinin seferini gozleyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya dəvət olunub.

Zeferinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"Ermənistanla dialoqumuz davam edir. Ararat Mirzoyan Rusiya Federasiyasına dəvət olunub. O dəvəti qəbul edib, onu gözləyirik. Ümid edirəm ki, səfər tezliklə baş tutacaq", - S.Lavrov bildirib.