“Rusiya ABŞ ilə təmaslara açıqdır”
"Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır".
Zeferinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.
O, bildirib ki, Rusiyanın ABŞ-ın yeni administrasiyasından heç bir gözləntisi yoxdur:
"Rabitəni kəsən biz deyilik, top ABŞ meydançasındadır. Heç bir gözlənti və fərziyyə olmayacaq. Biz konkret addımları dəyərləndirəcəyik", - deyə XİN rəhbəri qeyd edib.