Zeferinfo.az xəbər verir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu imtahanlar hələ ki, kağız variantda keçirilir, yaxın gələcəkdə bu imtahanlar da onlayn formada keçiriləcək.
"Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı əsasında Azərbaycan dili üzrə sertifikatlar verəcək. Hələki, bu imtahanın pulsuz olduğu dövrdə hər bir müəllimi, alimi, mütəxəssisləri imtahandan keçməyə çağırırıq", - o bildirib.