Romada İran-ABŞ arasında nüvə danışıqları başlayıb

Romada Iran-ABS arasinda nuve danisiqlari baslayib

İtaliyanın paytaxtı Roma şəhərində İran və ABŞ arasında nüvə proqramı ilə bağlı məsələnin nizamlanması üzrə danışıqların beşinci raundu start götürüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Danışıqlarda İranı ölkənin xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfini isə Ağ Ev rəhbəri Donald Trampın Yaxın Şərq üzrə xüsusi səfiri Stiv Uitkoff təmsil edir.

Qeyd edək ki, danışıqlar Omanın vasitəçiliyi ilə həyata keçirilir.