Bu barədə Zeferinfo.az xarici KİV-ə istinadən xəbər verir.
XIV Leonun Türkiyədə sələfi Fransiskin bir vaxtlar baş çəkmək istədiyi Pravoslav kilsəsinin yubileyində iştrak edəcəyi, Konstantinopol Pravoslav Kilsəsinin hazırkı yepiskopu I Varfolomeylə İstanbulda görüşəcəyi bildirilir. Pontifikin keçirəcəyi görüşlərdə əsas mövzulardan biri Yaxın Şərqdə sülh məsələsi olacaq.
Avqustinian dini ordeninə 12 il rəhbərlik edən və Peruda 20 il missionerlik fəaliyyəti göstərən Leo səyahəti çox sevdiyini deyir.
Papanın Türkiyə səfəri noybarın 27-dən 30-a kimi davam edəcək.