26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür
Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür.
İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov, dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olunublar. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul olunduğu tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunub.
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev hər sahədə olduğu kimi Ordu quruculuğu sahəsində də böyük işlər görüb və görməkdədir.
Bu gün ordumuz beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir.
Artıq suveren, qalib dövlət, qalib xalq olaraq qürurluyuq. Əlbəttə, bu uğurlu siyasətin, güclü ordunun nəticəsidir.