Rəqəmsal məktəb”: valideyn- məktəb əməkdaşlığında yeni imkan

Reqemsal mekteb”: valideyn- mekteb emekdasliginda yeni imkan

“Rəqəmsal məktəb” platformasının (https://reqemsal.edu.az/) funksiyalarından istifadə etmək üçün valideynlər bir neçə sadə mərhələni icra edərək qeydiyyatdan keçirlər. Qeydiyyat zamanı valideyn şəxsiyyətini və övladı ilə bağlı məlumatları təsdiqləyir ki, bu da platformadan təhlükəsiz və fərdi istifadəni təmin edir.

Qeydiyyat tamamlandıqdan sonra valideyn övladı üçün müəyyən etdiyi fərdi giriş şifrəsi vasitəsilə onun təhsil göstəricilərini, davamiyyətini və məktəblə bağlı məlumatlarını rahat və təhlükəsiz şəkildə izləyə bilir.

Qeyd edək ki, təhsil prosesində şəffaflığın və valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi məqsədilə yaradılmış “Rəqəmsal məktəb” platforması valideynlərə övladlarının təhsil göstəricilərini izləmək, məktəb həyatı ilə bağlı məlumatları vaxtında əldə etmək və rəy bildirmək imkanı yaradır.