Azərbaycan 2025-ci ildə Cənubi Qafqazda yeni geosiyasi reallığın əsas memarlarından biri kimi çıxış etdi. Rəsmi Bakının suverenliyin bərpası və dövlət sərhədlərinin tam nəzarətə götürülməsi fonunda təhlükəsizlik əməkdaşlığını gücləndirməsi,regionun nəqliyyat və enerji xəritəsində aparıcı aktor kimi rolunu möhkəmləndirməsi,Türkiyə ilə strateji ittifaqı daha da dərinləşdirməsi mühüm və vacib idi. Türkiyə–Azərbaycan tandemi həm regional sabitliyin, həm də enerji təhlükəsizliyinin dayağı kimi çıxış edilməsi dəyərləndirilməyə bilməz. İran və Rusiya ilə münasibətlərdə isə Bakının balanslaşdırılmış diplomatiya xəttinə sadiq qalaraq daha praqmatik mövqe nümayiş illərdi ptruşmuş xarici siyasətin tərkib hissəsi olaraq qəbul edilməlidir.
Qeyd etməliyəm ki, 2025-ci ildə Azərbaycan enerji diplomatiyasını yeniləyərək həm qaz, həm də yaşıl enerji bazarlarında mövqelərini genişləndirdi. COP29-un ölkədə keçirilməsindən sonra formalaşan “yaşıl gündəm” 2025-ci ildə də davam etdirildi:
-Xəzər hövzəsində bərpa olunan enerji layihələri genişləndirildi,
-Azərbaycan–Avropa İttifaqı enerji əməkdaşlığı yeni sazişlərlə möhkəmləndi,
-Bakı “yaşıl enerji ixracatçısı” strategiyasını daha konkret konturlarla təqdim etdi.
Bu mərhələ eyni zamanda Azərbaycanı həm də qlobal enerji keçidinin aktiv iştirakçısına çevirdi.
Beynəlxalq siyasətdə diplomatik fəallığın artmasına gəldikdə isə,Azərbaycan 2025-ci ildə beynəlxalq təşkilatlarda aktiv mövqeyini qorudu. BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində rəsmi Bakının humanitar və ekoloji gündəliyə xüsusi önəm verməsi,çoxtərəfli diplomatiyada müstəqil siyasət xəttini daha qabarıq şəkildə göstərməsi vacib idi.
Nəticə olaraq 2025-ci ilə nəzər salsaq, 2025-ci il Azərbaycan üçün həm regional reallıqların formalaşdırıldığı, həm də beynəlxalq səviyyədə daha çox tanındığı bir dövr oldu. Suverenlik, təhlükəsizlik və enerji strateqiyası üzərində qurulan bu yeni mərhələ ölə prezidenti İlham Əliyevin daha bir qələbəsi və ölkənin diplomatik və iqtisadi gücünü artırmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərinə də əsas verdi.