Regional təhsil idarələrinə yeni müdir TƏYİNATI

Regional tehsil idarelerine yeni mudir TEYINATI

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Bu barədə Zeferinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.