Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir

Receb Tayyib Erdogan: Azerbaycan Prezidenti Zengezur dehlizine boyuk onem verir

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinə böyük önəm verir.

“Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq”, - Ərdoğan vurğulayıb.