Rayonlarda və işğaldan azad olunan ərazilərdə 27 avtomat aşkarlanıb
 
        Polis əməkdaşları oktyabrın 30-da respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 27 avtomat silahı aşkar edərək götürüb.
Zeferinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bundan əlavə 3 pulemyot və 2 tüfəng aşkarlanıb.
