Rayonlarda süni tənəffüs aparatlarının istifadəsi ilə bağlı təlimlər keçiriləcək

Rayonlarda suni teneffus aparatlarinin istifadesi ile bagli telimler kecirilecek

2025-ci ildə hədəfimiz rayonlarda süni tənəffüs aparatlarının istifadəsi ilə bağlı təlimlərin keçirilməsidir.

Zeferinfo.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, eyni zamanda, tibbi tədris müəssisələrində də bu kimi təlimlərin aparılması hədəflərimizdəndir.

"İndiyə kimi Azərbaycanda minlərlə transplantasiya əməliyyatları icra edilib. Bu əməliyatlara böyrək, qaraciyər, buynuz qişası əməliyyatları aiddir", - deyə o əlavə edib.