Ramiz Quliyev ilə vida mərasimi keçirilir

Ramiz Quliyev ile vida merasimi kecirilir

Dünən səhər saatlarında dünyasını dəyişən Xalq artisti, tarzən Ramiz Quliyev ilə vida mərasimi keçirilir.

Zeferinfo.az xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutur.

Mərasimində ictimaiyyət nümayəndələri, ailəsi, yaxınları, dostları və sənət yoldaşları iştirak edirlər.

Ramiz Quliyev İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti, tarzən Ramiz Quliyev 78 yaşında dünyasını dəyişib.