Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub
AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov həbs olunub.
Zeferinfo.az xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eldar Əmirovun saxlanılması barədə ilkin olaraq "Manset.az" məlumat yayıb.