"Ramiz Mehdiyev işi"ni məzxərəyə çevirlənlərə...
"Ramiz Mehdiyev işi"ndə hadisələr fərqli fazaya istiqamətlənib. Artıq iş üzrə Əli Kərimli də saxlanıldı. Rəsmi açıqlamalar surətli olmasa da, prosesin olduqca dərin qatlara getdiyi aşikardır.
Artıq hiss olunur ki, Mehdiyevin qol-budaq olan tərəfdarları prosesi var-dövlətə davasına, pula, mülə inteqrə etməyə cəhd edir və bunu surətlə cəmiyyətə yedirtməyə çalışırlar. Eyni zamanda, prosesi ciddi lağ-lağı obyektinə çevirməklə ictimaiyyət arasında çaşqınlıq yaratmağa çalışırlar.
Alınırmı?! Bəli, müəyyən mənada "hə" deyə cavab verə bilərik. Çünki media, QHT sektoru, dövlət və özəl sektora səpələnmiş "Mehdiyev toxumları" çoxdan məhsul verməyə başlayıb.
Şəxsən mən Mehdiyevin və tərəfdarlarının xəyanət planına və süni müxalifət layihəsinə inanıram. Əminəm ki, bu adamların planı təkcə hakimiyyəti zorla ələ almaq deyil, eyni zamanda, dövləti uçuruma aparacaq "qisas əməliyyatı" etmək niyyəti olub.
Əl-qərəz, həzərat! Hesab edirəm ki "Ramiz Mehdiyev işi"ndə rəsmi qurumların açıqlamalarını gözləməliyik. Bu yeganə doğru yoldur. Sosial media, anonim media və Avropadan gələn dezinformasiyaları yaymaqla əslində işin gedişatına mane olur, ümumi işə lazımsız yük əlavə etmiş oluruq.
Səbuhi ABBASOV, internet-media ekspert