Qvineya-Bisau inkişaf etmək üçün Azərbaycanın təcrübəsini öyrənmək istəyir - Nazir
Qvineya-Bisau inkişaf etmək üçün addım atan ölkələrdəndir və bu istiqamətdə Azərbaycanın inkişaf təcrübəsini öyrənmək istəyirik.
Zeferinfo.az xəbər verir ki, bu barədə Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike De Xesus Pinto Pereira Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə mətbuat konfransı zamanı deyib.
Nazir Azərbaycan nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib.
“İstərdik ki, Azərbaycan nümayəndə heyəti bizim ölkəmizə səfər etsin, potensialımızı görsün, investisiya imkanlarını əzərdən keçirsin”, - o əlavə edib.