Zeferinfo.az xəbər verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya İnstitutunun hesabatında qeyd olunub.
Hesabata görə, əsas tapıntılar; xilafət puları, müxtəlif muncuqlar, gümüş və tunc bilərzik, tunc sırğa üzük-möhür, tunc güzgü (Çin istehsalı, Tan sülaləsinin dövrünə aid). Bütövlüklə kompleks 8-9 əsrlərə aid edilir. Tunc güzgü Azərbaycanda və Qafqazda ilk tapıntıdır. Digər sahədə, başqa bir qəbirdən dəmir dəbilqə, nizə ucluğu, gümüş löhvələr aşkar edilib ki, ilkin rəylərə görə dəbilqə VI-VII əsrə aid edilə bilər.