Qlobal problemlərin həllinə yeni yanaşmalar

Prezident İlham Əliyev Qlobal Bakı Forumunun beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğunu qeyd edib.
Son illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə olan maraq ildən-ilə artmaqdadır. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya miqyasında nüfuzunun artdığını və onun təşkil etdiyi forumların, konfransların və müzakirələrin beynəlxalq səviyyədə geniş təqdirlə qarşılandığını göstərir. Mərkəz, həmçinin müxtəlif sahələrdə, xüsusən də siyasət, iqtisadiyyat, təhlükəsizlik və insan haqları kimi mühüm məsələlər üzrə qlobal müzakirələrə ev sahibliyi edərək, müxtəlif ölkələrdən olan liderləri və ekspertləri bir araya gətirir. Bu tədbirlərdə qlobal məsələlərə dair müxtəlif fikirlərin və təcrübələrin müzakirə olunması, həmçinin yeni həllər tapılması, dünyada daha səmərəli və ədalətli bir əməkdaşlıq mühitinin formalaşmasına təkan verir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunun bu cür vacib platformalara çevrilməsi, onun beynəlxalq miqyasda böyük bir əhəmiyyət daşımasını təmin edir. Yeri gəlmişkən, martın 13-də Bakıda, "Gülüstan" sarayında keçirilən XII Qlobal Bakı Forumu, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə başlamışdır. Forumun əsas mövzusu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" idi.
Bu tədbir, dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, ekspertlər və akademiklərin iştirakı ilə dünya düzəninin dəyişən şəraitində ortaya çıxan çağırışların necə fürsətlərə çevrilə biləcəyini müzakirə etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun dünya miqyasında əhəmiyyətini, onun beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğunu qeyd edərək, forumun məqsədinin qlobal problemlərin həlli yollarını müzakirə etmək və dünya ictimaiyyətinə yeni perspektivlər təqdim etmək olduğunu bildirib:
“Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Həmçinin söyləmək istəyirəm ki, Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi”. Forum, müxtəlif ölkələrdən siyasi xadimlər, diplomatik nümayəndələr, ekspertlər və alimləri bir araya gətirərək, dünya miqyasında qarşılaşılan əsas problemlər və çağırışlarla bağlı konstruktiv müzakirələr aparmağa imkan yaradır.
Forumda hər il müxtəlif qlobal məsələlər – iqtisadi böhranlar, təhlükəsizlik problemləri, ekoloji dəyişikliklər, insan haqları və digər əhəmiyyətli mövzular müzakirə olunur. Bu platforma, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müxtəlif ölkələrin birgə fəaliyyət göstərərək qlobal problemləri həll etməsi üçün geniş imkanlar yaradır.
Qlobal Bakı Forumunun zamanla əldə etdiyi nüfuz, onun dünya siyasətində və beynəlxalq münasibətlərdə əhəmiyyətli bir rol oynamasına səbəb olub. Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu platformanın inkişafında mühüm rol oynayır. Mərkəz, həmçinin qlobal problemlərin müzakirə olunmasına və yeni həll yollarının tapılmasına dair təkliflər irəli sürərək beynəlxalq ictimaiyyətə təsir edir. Bu cür tədbirlər, dünyanın gələcəyini formalaşdıracaq yeni ideyaların, yanaşmaların və əməkdaşlıq yollarının ortaya çıxmasına zəmin yaradır.
Xatırladaq ki, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak ediblər.
Bu cür tədbirlər, beynəlxalq siyasi və iqtisadi məsələləri geniş bir şəkildə müzakirə etmək, müxtəlif təcrübələri və yanaşmaları öyrənmək üçün böyük bir platforma təmin edir. Forumda iştirak edən yüksək səviyyəli nümayəndələr, qlobal çağırışların və böhranların necə fürsətə çevrilə biləcəyinə dair fikir mübadiləsi aparıblar. Həmçinin, dünya düzənindəki dəyişikliklərə uyğun yeni yanaşmaların və həll yollarının müzakirə olunduğu bu forum, iştirakçılara gələcəyin qlobal siyasətində və əməkdaşlığında daha təsirli yollar tapmağa kömək etməyi hədəfləyib.
Bu forumda iştirak edən şəxslər, həmçinin beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində fikir və ideyalarını təqdim edərək, yeni bir qlobal konsensusun yaradılmasına dair təkliflər irəli sürüblər.
Martın 15-dək davam edən XII Qlobal Bakı Forumunda müxtəlif mühüm mövzular üzrə panellər təşkil olunub. Bu panellərdə dünya üzrə geosiyasi dəyişmələr və beynəlxalq əlaqələrin gələcəyi müzakirə edilib. Belə ki, "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" adlı paneldə, qlobal geosiyasi dəyişikliklərin müasir dünyada necə inkişaf etdiyi və rəqabətə qarşı məsuliyyətli tərəfdaşlığın əhəmiyyəti müzakirə olunub.
"Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" adlı paneldə isə, çoxqütblü dünyada multilateralizmin yeni tələblərə uyğun necə yenilənməsi lazım olduğu, beynəlxalq münasibətlərdə müxtəlif ölkələrin rolu və qarşılıqlı əməkdaşlıq yolları müzakirə edilib. "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" panelində isə BMT-nin və qlobal təşkilatların rolu, yeni bir qlobal konsensusun formalaşdırılması və gələcəyin böyük məsələlərinə dair fikirlər burada müzakirə olunub. Ümumiyyətlə bu və digər panellər, dünya miqyasında siyasi və iqtisadi inkişafların gələcək istiqamətləri, beynəlxalq hüquq və əməkdaşlıq prinsiplərinin təkmilləşdirilməsi ilə bağlı əhəmiyyətli müzakirə platforması təmin edir. Forumda iştirak edən ekspertlər və liderlər, qlobal problemlərə daha geniş və uzunmüddətli həll yolları tapmağa çalışırlar
Prezident İlham Əliyev Forumda, həmçinin çıxışında, dünya düzənindəki dəyişikliklər və qlobal çağırışların yeni perspektivlər yaratma potensialı barədə fikirlərini bölüşüb. O, həmçinin, Azərbaycanın beynəlxalq arenada oynadığı mühüm rolu vurğulayıb və ölkənin dünya iqtisadiyyatı və təhlükəsizliyi sahəsindəki müsbət töhfələrini qeyd edib.
XII Qlobal Bakı Forumunda qlobal miqyasda mövcud olan siyasi, iqtisadi və sosial məsələlərə dair geniş müzakirələr aparılıb. Ümümiyytlə, bu cür forumlar beynəlxalq əməkdaşlıq və fikir mübadiləsini təşviq edərək, qlobal problemlərin həllinə yeni yanaşmalar təklif etməyə çalışır.
Zenfira Nurullayeva: Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi