Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Qırğızıstanda aprelin 21-24-də Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək
Bu barədə Zeferinfo.az Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, proqrama Bişkekin aparıcı mədəniyyət müəssisələrində təşkil olunacaq sərgilər, konsertlər, ədəbi təqdimatlar və ustad dərsləri daxildir.
Tədbirlər çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik musiqi gecəsi keçiriləcək.