QHT Azərbaycan Milli QHT Forumunda üzvlük vəsiqəsini yenilədi

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib ki, 2020-ci ildən təşkilatın üzv olduğu Azərbaycan Milli QHT Forumunda üzvlük vəsiqəsi bu gün yenilənib.
Zeferinfo.az xəbər verir ki, o, bu münasibətlə Forumla əməkdaşlığın davamlı və faydalı olacağına inandığını vurğulayıb:
“Hər zaman əməkdaşlıq elədiyimiz Milli QHT Forumu ilə bundan sonra da daha səmərəli və faydalı işlər görərək vətənimizə, millətimizə və qüdrətli dövlətimizə fayda verməyə çalışacağıq. Göstərdikləri səmimi münasibətə görə Forumun prezidenti Ramil müəllimə təşəkkür edirəm.”
Ramil Əliyev həmçinin qeyd edib ki, dövlət və millətə sədaqət sadəcə sözlə deyil, əməllərlə göstərilməlidir:
“Dövlət və millətə sədaqət — insanın öz ölkəsinə, xalqına və onun dəyərlərinə bağlı olmasıdır. Bu, sadəcə sözlə deyil, davranışlarla və əməldə göstərilən bir sevgidir.”