"Qəzzalılarla bağlı bu ideya insan haqlarına ziddir" - Hakan Fidan

"Qezzalilarla bagli bu ideya insan haqlarina ziddir" - Hakan Fidan

Zeferinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Fələstin xalqının Qəzzadan çıxarılması və başqa ölkələrə göndərilməsi layihəsinin tamamilə əleyhinədir.

"Bu, həqiqətən də insan haqlarına zidd təklifdir".

Qeyd edək ki, Fidan bu gün Qətərə iki günlük səfərə gedib.