"Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranların İctimai Çağırışı - Biz Qayıdacağıq!" layihəsi çərçivəsində hazırlanmış sənədli filmin təqdimatı keçirilib
Abşeron rayonu Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranların İctimai Çağırışı - Biz Qayıdacağıq!" layihəsi çərçivəsində hazırlanmış sənədli filmin təqdimatı keçirilib.
Zeferinfo.az xəbər verir ki, tədbirə rayon ictimaiyyəti, müəllimlər, şagirdlər, şəhid ailələri və qazilər qatılıblar.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra film haqqında ümumi məlumat verilib və nümayiş etdirilib.
Ekran işi iştirakçılar tərəfindən çox maraqla qarşılanıb və bəyənilərək alqışlanıb.
Qeyd edək ki, bu sənədli film "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin Abşeron rayon filialının sədri Süleyman Cəfərovun təşəbbüsü ilə ərsəyə gəlib.