“Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi çərçivəsində Türkiyədə görüş keçirilib

“Qerbi Azerbaycan: Unudulmaz izler” layihesi cercivesinde Turkiyede gorus kecirilib

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi çərçivəsində Türkiyənin Qars şəhərində görüş keçirib.

QHT.az-a açıqlama verən Ramil Əliyev bildirib ki, görüşdə Qafqaz Universitetinin rektoru, professor Hüsnu Kapu ilə Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı durumu və gələcək perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında mövcud münasibətlərin inkişaf etdirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin araşdırılması məsələlərini ətraflı şəkildə müzakirə ediblər:

"Görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Naxçıvan Muxtar Respublikasının Ali məclisinin deputatı Üzeyir Məmmədov, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, "Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev iştirak ediblər. Universitetdə təhsil alan azərbaycanlı tələbələr və burada fəaliyyət göstərən müəllim heyəti ilə bağlı məsələlər də gündəmə gəlib. Bu cür görüşlərin Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki əməkdaşlığı daha da gücləndirəcək. Qardaş ölkədə belə səmimi və məhsuldar görüşlər keçirmək sevindiricidir. Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafı üçün hər iki tərəf mühüm addımlar atır və bu əməkdaşlıq gələcəkdə daha böyük uğurlar gətirəcək. Bu görüş, həmçinin, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirmək və Türk dünyası ilə əlaqələri möhkəmləndirmək istiqamətində atılmış mühüm bir addım olaraq qiymətləndirilir".