Zeferinfo.az-ın "Abituriyent" jurnalından əldə etdiyi məlumata görə, Şahbuz rayonu 500-700 bal aralığında nəticə göstərən şagirdlərin faizinə görə ölkə üzrə birinci yerdədir.
Bu rayonda imtahanda iştirak edənlərin 18.06 faizi yüksək nəticə göstərib.
Şahbuzu Sumqayıt (16.72%), Qəbələ (15.18%), Qax (14.7%), Mingəçevir (14.1%), Şəki (13.89%), İsmayıllı (13.85%) və Bakı (13.44%) izləyir.
600 baldan yuxarı nəticə göstərənlərin sayına gəlincə, Bakıya 1289 nəfər, Sumqayıtda 244 nəfər, Abşeronda 149 nəfər, Gəncədə 106 nəfər, Mingəçevirdə isə 46 nəfər təşkil edib.