Qaz təchizatıyla əlaqədar insanların sağlamlığına və əmlakına dəyən zərər ödəniləcək

Qaz techizatiyla elaqedar insanlarin saglamligina ve emlakina deyen zerer odenilecek
Qaz təchizatı subyektinin təqsiri üzündən insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə dəymiş zərər həmin zərəri vuran qaz təchizatı subyekti tərəfindən tam aradan qaldırılmalı və ya dəymiş zərərin əvəzi tam ödənilməlidir.

Zeferinfo.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə zərər vurulana qədər mövcud vəziyyətin tam bərpası mümkün olmadıqda, dəymiş zərərin əvəzi Azərbayan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.