“Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin hazırlanmasının səbəbləri açıqlanıb

“Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin hazırlanmasının səbəbləri açıqlanıb.
Zeferinfo.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Samir Vəliyev deyib ki, bu layihənin hazırlanmasında əsas məqsədi əhalinin sabit, dayanıqlı enerji resursu ilə təmin olunması, ətraf mühitin qorunması, qazdan səmərəli istifadə edilməsidir.
Nazir müavini bildirib ki, bu qanunun qəbulu ölkədə energetika sahəsində islahatların davam etdirilməsində mühüm mərhələ olacaq.
Energetika Nazirliyi Hüquq şöbəsinin müdiri İbrahim Ağayev qeyd edib ki, qüvvədə olan qanun 30 il əvvəl qəbul edilib: “Dünyada həm energetika, həm qaz sahəsində dəyişikliklər baş verib. Yeni qanunun qəbuluna böyük ehtiyac var idi. Qüvvədə olan qanunun əhatə dairəsindən kənarda məsələlər olurdu. Yeni layihədə qazın istehsala daxil olduqdan sonra onun birbaşa istehlakçıya çatdırılması məsələsini həll edir. Bu qanun bazarın liberallaşdırılmasına imkan yaradacaq. Yeni qanun layihəsində şəffaflığın artırılması, bütün subyektlərin hüquqi öhdəlikləri konkretləşdiriləcək, məsuliyyəti müəyyənləşəcək”.