Qaxda narkotik əməliyyatı: keçmiş məhkumlardan 7 kiloqram narkotik aşkarlandı

Qaxda narkotik emeliyyati: kecmis mehkumlardan 7 kiloqram narkotik askarlandi

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlı Naim Süleymanov saxlanılıb.

Bu barədə Zeferinfo.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, onlardan 7 kiloqram marixuana, heroin, metamfetamin və metadon həbləri aşkar olunub. 

"Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddi qazanc əldə edəcəkmişlər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib", - məlumatda qeyd edilib.