Qarlı havaya görə təcili yardıma müraciət edənlərin sayı 179 nəfərə çatıb

Qarli havaya gore tecili yardima muraciet edenlerin sayi 179 nefere catib
Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə indiyədək 179 nəfər müraciət edib.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 89-u qadın, 90-ı kişidir: 

"Müraciət edən 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 8 nəfərə isə yerində yardım edilib".