Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə xidmətlərinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sektoru üzrə məhsul (xidmət) buraxılışının həcmi 3,6 milyon manat təşkil edib.
Zeferinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.
İlin ilk rübündə Bərdə rayonunda bu göstərici 2,9 milyon manat (illik +35,4%), Füzuli rayonunda 270,5 min manat (illik +18,6%), Şuşa rayonunda 140,1 min manat (illik +58,7%), Ağcabədi rayonunda 69,3 min manat (illik -84,6%), Ağdam rayonunda 165,1 min manat (illik -43%), Tərtər rayonunda 81,2 min manat (−79,1%) təşkil edib.
6 ayda Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə sektoru üzrə məhsul (xidmət) buraxılışının həcmi 129,5 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% artım deməkdir.
Dövr ərzində Cəbrayıl rayonunda rabitə xidmətlərinin həcmi 118,4 min (illik +20,2%), Kəlbəcər rayonunda 11,1 min manat olub.