Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Qanunsuz saxlanilan silahlar polise tehvil verildi

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Zeferinfo.az-a verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 1-i yivli olmaqla 21 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.