Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

Aprelin 8-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
"Aprelin 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 1 tüfəng, 9 patron darağı və 269 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər",- məlumatda qeyd edilib.