Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.
O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov bu dəfə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.
Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı.
Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən həbsdə düşdü. Bu dəfə o, Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlmişdi.
Qeyd edək ki, əvvəllər İsa Əzizovun Əliyevlərin bacısı oğlu olduğu barədə məlumatlar yayılsa da sonradan Adil Əliyev bunu təkzib edərək bildirib ki, İsa onların uzaq qohumudur.