“Qafqaz Qartalı-2024” təlimində tapşırıqlar uğurla icra olunur VİDEO

“Qafqaz Qartali-2024” teliminde tapsiriqlar ugurla icra olunur VIDEO

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Zeferinfo.az-a bildirilib ki, təlimin ssenarisinə əsasən, həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar şərti düşmənin vacib strateji və hərbi obyektlərinə basqın məqsədilə təyin olunmuş məntəqələrə doğru hərəkət edib, əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetiriblər.