Putin Pezeşkianla Suriyanı müzakirə etdi

Putin Pezeskianla Suriyani muzakire etdi

Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Zeferinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Suriyadakı gərginləşən vəziyyət müzakirə olunub.

Terrorçu qruplarının və dəstələrin genişmiqyaslı təcavüzü Suriya dövlətinin suverenliyini, siyasi və sosial-iqtisadi sabitliyini pozmaq məqsədi kimi qiymətləndirilib. Suriyanın qanuni hakimiyyətinə ölkənin konstitusiya quruluşunu və ərazi bütövlüyünü bərpa etmək üçün qeyd-şərtsiz dəstək ifadə olunub. Türkiyənin iştirakı ilə "Astana formatı" çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi qeyd olunub.

Bundan başqa, Rusiya ilə İran arasında əməkdaşlığın inkişafına dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb. Gələcək təmaslar barədə razılıq əldə olunub.

Kreml telefon danışığıın İran tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb.