Putin iki ildən sonra onunla telefonla danışdı

Putin iki ilden sonra onunla telefonla danisdi

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Prezident Putin və kansler Şolts telefonla danışıblar. Onların söhbəti təxminən bir saat davam etdi”, - agentlik qeyd edib.

Bildirilir ki, siyasətçilər 2022-ci ilin dekabrından bəri ilk dəfə bir-biri ilə danışıblar.

***

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı haqda məlumat yayıb.

“Almaniya tərəfinin təşəbbüsü ilə 2022-ci ilin dekabrından bəri Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Olaf Şolz arasında ilk telefon danışığı baş tutub”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Rusiya Prezidenti vurğulayıb ki, Moskva heç vaxt münaqişənin siyasi-diplomatik həllindən əl çəkməyib:

“Rusiyanın təklifləri hamıya məlumdur və xüsusilə iyun ayında Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışda açıqlanıb”.

Bundan əlavə, Putin bildirib ki, Rusiya ilə Almaniya arasında münasibətlərin korlanması Berlinin qeyri-dost kursu səbəbindən baş verib.

Həmçinin, Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.