Prezidentin amnistiya təşəbbüsünün 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir

Prezidentin amnistiya tesebbusunun 20 minden cox sexse samil edileceyi gozlenilir

Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünün ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Zeferinfo.az-ın Azərtac-a istinadən məlumatına görə, bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.