Prezident və xanımı Arif Babayevin vida mərasiminə əklil göndərdilər - FOTO

Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndərib.
Zeferinfo.az xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.
Arif Babayev 1-ci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, xanəndə bu gün səhər saatlarında 87 yaşında vəfat edib.