Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib

Prezident ve birinci xanim Mehriban Eliyeva Susada bir sira acilislarda istirak edib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib.

Zeferinfo.az  xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.