Prezident itkin düşmüş şəxslər probleminin həlli mövzusundakı konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident itkin dusmus sexsler probleminin helli movzusundaki konfransin istirakcilarina muraciet unvanlayib

Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Zeferinfo.az xəbər verir ki, müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

Tədbir Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.