Zeferinfo.az xəbər verir ki, sonra Baş nazirin müavini Şahin Mustafayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Prezident İlham Əliyevə icra olunmuş və nəzərdə tutulan işlər barədə məlumat veriblər.
Prezident İlham Əliyevin sədrliyi ilə su təchizatı və tullantı sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə dövlətimizin başçısı çıxış edib.




