Polşanın Azərbaycandakı səfiri XİN-in Avropa İdarəsinin yeni direktoru ilə görüşdü
Polşanın ölkəmizdəki səfiri Pavel Radomski Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin yeni direktoru Məmməd Talıbov ilə görüşüb.
Zeferinfo.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan–Polşa ikitərəfli əməkdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Məmməd Afiq oğlu Talıbov oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras, Kolumbiya, Kosta Rika, Qvatemala, Panama və Peru respublikalarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.