Polis suda batan "Lexus" sürücüsünü xilas etdi

Polis suda batan "Lexus" surucusunu xilas etdi

Bakının Qaradağ rayonunda “Lexus” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su hövzəsinə düşüb.

Zeferinfo.az-ın məlumatına görə, nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü avtomobildə boğulma təhlükəsi ilə üzləşib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşlarının köməyi ilə onun həyatı xilas edilib.

Back To Top