Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır
Səhiyyə Nazirliyi plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Səhiyyə Nazirliyindən Zeferinfo.az-ın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.
“Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib
Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.