Pezeşkian Putinə İranda vəziyyətin normallaşması üzrə atılan addımlar barədə məlumat verib
Bu barədə Zeferinfo.az Kreml mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Prezidentlər qeyd ediblər ki, Moskva və Tehran İran ətrafında və bütövlükdə regionda gərginliyin tezliklə azaldılması, yaranan problemlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsi üçün ardıcıl olaraq həmrəy mövqe nümayiş etdirirlər.
Rusiya-İran strateji tərəfdaşlığının daha da gücləndirilməsi və müxtəlif sahələrdə birgə iqtisadi layihələrin praktiki həyata keçirilməsi üçün qarşılıqlı mövqenin mövcudluğu təsdiqlənib.