Zeferinfo.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla mətbuat konfransında deyib.
“Regionun işlərinin regiondan kənar qüvvələrə tapşırılması regional məsələlərin mürəkkəbləşməsinə səbəb olur”- Pezeşkian qeyd edib.
İran Prezidenti bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.
O, Nikol Paşinyanı İrana rəsmi səfərə dəvət edib.