Peskov: Tramp, Putin və Zelenski arasında görüş bu yaxınlarda çətin ki, mümkün olsun

ABŞ, Rusiya və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüş yaxın zamanda çətin mümkün olsun.
Zeferinfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident Putin təmaslar ideyasını dəstəkləyir, lakin hesab edir ki, onlar yaxşı hazırlanmalıdır", - o qeyd edib.
Peskovun sözlərinə görə, bu təmaslar artıq texniki və ekspert səviyyəsində işlənib hazırlanacaq razılaşmaların nəticəsi olmalıdır.