Peskov: Putin Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib
Rusiya Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.
Zeferinfo.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz bu qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq", - Peskov jurnalistlərə bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya "müvafiq komissiyanın işinin nəticələrini" gözləyir və rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini qeyd edib.
"Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və qarşılıqlı əməkdaşlıq həyata keçirirlir. Putin üzr istəyib və təəssüf sözlərini bildirib", - deyə Peskov vurğulayıb.