Pəncəli Teymurov və Bəxtiyar Qurbanova ölümündən sonra Milli Qəhrəman adı verilib
Gizir Pəncəli Nurməmməd oğlu Teymurov və baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Zeferinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Məlumat üçün qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə şəhid olub.
Baş leytenant Vaqif Qurbanov isə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə şəhid düşüb. Belə ki, onun idarə etdiyi təyyarə erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik - Əsgəran yaxınlığında vurulub.